Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının döyüşçüləri Rusiyanın 57-ci briqadasının taborunu məhv ediblər.
AzerTimes xəbər verir ki, bu barədə briqadadan məlumat verilib.
“Döyüşçülər nəinki peşəkarlıq, həm də əsl hücumçu xarakteri göstəriblər. Bəzi döyüşlər 1-2 metrlikdən aparılıb”, – məlumatda qeyd olunub.
Məlumata görə, Severski Donets kanalının sağ sahili ruslardan tamamilə təmizlənib.