Severodonetski buna görə tərk etdik – Qayday

Severodonetski buna görə tərk etdik – Qayday

Severodonetski guya hərbçilər təslim edib. Amma elə deyil. O vaxt HİMARS kimi kifayət qədər silah yox idi. Bu işğalı dayandırmaq çox çətin idi.

AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday deyib.

“Ən çətin döyüşlər Luqansk vilayətinin payına düşdü. Severodonetski saxlamaq mümkün olardımı? Əgər indi əlimizdə olan silahlar olsaydı bəlkə də saxlayacaqdıq. Rusların artilleriya üstünlüyü var idi”, – Qayday bildirib.

Onun sözlərinə görə, Severodonetskdən geri çəkilmək qərarı hərbçilər tərəfindən verilməyib:

“Ukraynalı müdafiəçilərin sadəcə ölməsi üçün mövqelərdə dayanmaları mənasız idi. Biz ordunu qoruduq. Ruslar Lisiçanska girən kimi yavaşladılar. Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində o zaman edə biləcəyi hər şeyi etdi”.

Teqlər: