Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb

İtaliyanın “Cenoa” klubunun baş direktoru Yohannes Şpors ukraynalı Andrey Şevçenkonun baş məşqçi postundan istefaya göndərilməsinin səbəbini açıqlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” qəzeti bildirib.

Y.Şpors bildirib ki, A.Şevçenkonun rəhbərliyi altında oyunda və komandanın nəticələrində heç bir irəliləyiş əldə olunmayıb:


“Biz A.Şevçenko ilə daim ünsiyyətdə olurduq, onunla səmimi və açıq idik. Biz anladıq ki, enerjimiz kifayət olmayacaq. Çox vaxt gec qərar verməkdənsə, tez qərar vermək daha yaxşıdır”.

Qeyd edək ki, A.Şevçenko yanvarın 15-də “Cenoa”nın baş məşqçisi postunu tərk edib. O, noyabrın 7-də komandanın rəhbəri təyin olunub. Onun rəhbərliyi altında komanda 11 oyundan yeddisində məğlub olub.

Teqlər: