Laçında sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın tam suveren hüququdur.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Tvitter səhifəsində canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, Azərbaycan 23 apreldən laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddəki Həkəri körpüsündə sərhəd-keçid məntəqəsi qurub.