Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi postunu tərk edib

Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ukraynalı mütəxəssis öz “İnstagram” səhifəsində yazıb.

O bildirib ki, müqavilənin müddət bitib və uzadılmayacaq:


“Beş ilini milli komandanın rəhbərliyində keçirtdim. Müasir futbol oynaya biləcəyimizi sübut etmək üçün çox çalışdıq. Ukrayna Futbol Federasiyasına, prezidentinə və idarə heyətinə Ukrayna millisi ilə işləmək imkanı yaratdığına görə minnətdaram”.

Qeyd edək ki, keçmiş futbolçu 2016-cı ilin iyul ayında Ukrayna millisini baş məşqçisi seçilib.

Teqlər: