Sevastopolun sabiq qubernatoru Londonda saxlanıldı

Sevastopolun sabiq qubernatoru Londonda saxlanıldı

Sevastopolun keçmiş qubernatoru Dmitri Ovsyannikov sanksiyalardan yayınma və çirkli pulların yuyulması ittihamı ilə Londonda saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, Ovsyannikov yanvarın 22-də öz evində saxlanılıb:

“Ertəsi gün ona qarşı yeddi sanksiya pozuntusu və iki dəfə çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Keçmiş qubernator nəzarət altındadır. O, fevralın 20-də məhkəmə qarşısına çıxacaq. Ovsyannikova Londonda HBOS maliyyə qrupunun banklarından birində əvvəllər açdığı hesaba ümumilikdə 65 min funt sterlinq (82,5 min dollar) məbləğində pul köçürülüb”.

Teqlər: