Ukrayna Silahlı Qüvvələrinin şəhərə hücumundan sonra Sevastopol rəhbərliyi iyunun 24-ü matəm günü elan edib.
AzerTimes xəbər verir ki, bunu Sevastopolun qubernatoru Mixail Razvojayev deyib.
“Sevastopolda bütün mədəni, idman və digər kütləvi tədbirlər ləğv ediləcək. Televiziya və radioda əyləncəli proqramlar yayımlanmayacaq. Matəm əlaməti olaraq dövlət və bələdiyyə qurumlarının binalarında dövlət bayraqları yarıya qədər endiriləcək”, – Razvojayev bildirib.