Krımın Sevastopol şəhərinə pilotsuz uçuş aparatı ilə hücum edilib.
AzerTimes xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvozayev məlumat verib.
“İlkin məlumatlara görə, PUA Kara-Kobı bölgəsində vurulub. Yerdə partlayış baş verib və kol-kos yanıb. Yanğınsöndürmə briqadaları artıq hadisə yerinə gəlib və yanğını söndürməyə başlayıblar”, – Razvozayev bildirib.