Ukrayna ordusunun hücumu nəticəsində Sevastopolun elektrik stansiyasına ciddi ziyan dəyib.
AzerTimes xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.
“Mütəxəssislər gecə hücumundan sonra Sevastopol yarımstansiyasının işini tam bərpa etmək üçün hər şeyi edirlər, lakin bu təxminən bir gün vaxt aparacaq”, – Razvojayev bildirib.
Onun sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunana qədər məktəblərdə, orta təhsil müəssisələrində və uşaq bağçalarında dərslər dayandırılıb.
Qubernator bildirib ki, Rusiya hərbçiləri gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Sevastopol şəhərinə kütləvi hücumunu uğurla dəf edib, onlarla PUA-sını və beşdən çox pilotsuz qayığını məhv edib.