Seuldan Pxenyana inanılmaz təklif: Nüvədən imtina etsə…

Seuldan Pxenyana inanılmaz təklif: Nüvədən imtina etsə…

Cənubi Koreya Prezidenti Yun Suk Yol Şimali Koreyanın nüvədən imtinayla bağlı qəti addımlar atacağı təqdirdə ölkəyə iqtisadi yardım etməyi təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Prezidentin sözlərinə görə, Koreya yarımadasında, Şimal-Şərqi Asiyada və dünyada davamlı sülh üçün Pxenyan administrasiyasının nüvəsizləşdirilməsi zəruridir:

“Şimali Koreya nüvə proqramını inkişafını dayandırsa, real və güclü nüvəsizləşdirmə prosesinə başlasa, mənim nəzərdə tutduğum cəsarətli təşəbbüs Şimali Koreyanı tədricən iqtisadiyyatını və xalqının rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

Teqlər: