Seuldakı faciə Hellouin bayramını qeyd edən kütlənin paytaxtın gecə həyatının olduğu rayona soxulmalarından sonra başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreyanın fövqəladə hallar xidmətinin nümayəndələri məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.
Son məlumata görə, Seuldakı izdiham zamanı ölənlərin sayı 153 nəfərə çatıb. Ölənlərin 22-si xarici ölkə vətəndaşlarıdır.
Eləcə də 350 nəfərdən çox şəxs itkin düşüb.