Səudiyyənin mineral sərvəti açıqlandı: 1,3 trilyon

Səudiyyənin mineral sərvəti açıqlandı: 1,3 trilyon

Səudiyyə Ərəbistanının mineral sərvətləri hazırda mis, sink, fosfat, uran və qızıl yataqları da daxil olmaqla, 1,3 trilyon dollardan çox qiymətləndirilir.

AzerTimes xəbər verir ki, bu barədə Ərəbistanın investisiyaların inkişafı üzrə nazir müavininin yardımçısı Türki əl-Babtayn bir qrup britaniyalı investorla təşkil etdiyi onlayn görüşdə məlumat verib.

Babtayn Səudiyyə Ərəbistanının investisiya imkanlarını, eləcə də mədənçıxarma sektorunda təklif olunan infrastrukturu investorlara təqdim edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son illərdə 50 milyard dollardan çox sərmayə qoyaraq mədənçıxarma sektorundakı payını iki dəfə artırıb.

Teqlər: