Səudiyyə Ərəbistanı Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün vasitəçilik səylərini davam etdirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud deyib.
“Rusiya-Ukrayna böhranına gəldikdə, Krallıq bir daha bu böhrana son qoymağa çağırır. Bu böhrana son qoymaq və mübahisələri sülh yolu ilə həll etmək, beynəlxalq hüququn prinsiplərinə hörmət etmək və hamının təhlükəsizliyini və maraqlarını qorumaq üçün səy göstərməyin zəruriliyini vurğulayır”,- o bildirib.
O, Səudiyyə Ərəbistan rəhbərliyinin sülhün bərqərar olmasına yönəlmiş beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb