Səudiyyədən neft hasilatı ilə bağlı mühüm qərar

Səudiyyədən neft hasilatı ilə bağlı mühüm qərar

Səudiyyə Ərəbistanı neft hasilatının könüllü olaraq gündəlik 1 milyon barrel azaldılmasını avqust ayı da daxil olmaqla daha bir ay müddətinə uzadacaq.

AzerTimes xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

Bildirilib ki, Krallığın avqust ayı üçün gündəlik hasilatı təxminən 9 milyon barrel olacaq.

Səudiyyə Ərəbistanı digər OPEK+ istehsalçıları ilə birlikdə bu ilin aprelindən 2024-cü ilin dekabrına qədər neft hasilatını azaldacağını açıqlamışdı.

Qeyd edək ki, OPEC+ alyansı qlobal xam neftin təxminən 40 faizini nəql edir.

Teqlər: