Səudiyyə Ərəbistanı ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
“Gələcəkdə də Səudiyyə ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək”, – deyə bildirilib.
Məlumata görə, Ər-Riyad və Tehran İraq və Livandakı situasiya ilə bağlı geniş razılığa gələ bilməyiblər.
Qeyd edək ki, martın 10-da İran və Səudiyyə rəsmiləri Pekində iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı razılığa gəlib.