Səudiyyə Ərəbistanı rəsmiləri Ənsar Allah hərəkatının (Husi) nümayəndə heyətini Yəməndə atəşkəslə bağlı danışıqlar aparmaq üçün krallığa dəvət edib.
AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Səudiyyə Ərəbistanı Krallığı və Oman Sultanlığının Yəməndə daimi, hərtərəfli atəşkəsə və bütün tərəflər üçün məqbul olan davamlı siyasi həllə nail olmaq məqsədilə Sənada bir nümayəndə heyətinə Səudiyyəyə səfər üçün dəvət göndərib”, – deyə bildirilib.