Səudiyyə maqnatı Şahzadə əl-Valid bin Təlal 1000 metr hündürlüyündəki Ciddə Qülləsi layihəsinin yenidən icrasına başlayır.
AzerTimes xəbər verir ki, bu barədə şahzadə özünün X hesabında məlumat verib.
“Biz qayıtdıq”, – şahzadə X hesabında yazıb.
Məlumata görə, qüllənin inşası 1.9 milyard dollara başa gələcək və 2028-ci ildə hazır olacaq. Onun dünyanın ən hündür binası olacağı bildirilir.
Qeyd edək ki, qüllənin inşası 2017-ci ildə antikorrupsiya kampaniyası səbəbindən dayandırılmışdı.