Səudiyyə XİN başçısı İrana gedir

Səudiyyə XİN başçısı İrana gedir

Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan iyunun 24-də Tehrana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Səfər zamanı nazirin Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yenidən açılması mərasimində iştirak edəcəyi ehtimal edilir.

Qeyd edək ki, İranın Ər-Riyaddakı səfirliyi və Ciddə şəhərindəki konsulluğu 7 il fəaliyyətini dayandırdıqdan sonra ötən həftə missiyalarını bərpa edib.

Teqlər: