Səudiyyə vəliəhdi Abbasla danışdı, dəstək verdi

Səudiyyə vəliəhdi Abbasla danışdı, dəstək verdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinin məlumatında bildirilib.

Tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, vəliəhd Abbası əmin edib ki, krallıq Fələstin xalqının qanuni hüquqlarını həyata keçirmək və ədalətli və davamlı sülhə nail olmaq üçün dəstəyini davam etdirəcək.

Teqlər: