Səudiyyə Ərəbistanı ilə ABŞ arasında Qırmızı dənizdə birgə dəniz təlimi başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.
Məlumata görə, “Böyük qəzəb” adlanan təlim bir ay davam edəcək.
Bildirilib ki, təlimin açılış mərasimində Səudiyyə Ərəbistanının Qərb Bölgəsinin komandanı, ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi komandanı və iki ölkədən yüksək rütbəli zabit və hərbi rəsmilər iştirak ediblər.