Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankında 5 milyard dollarlıq investisiya hesabı açmağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
“Səudiyyə Ərəbistanı Türkiyənin Mərkəzi Bankında 5 milyard dollarlıq investisiya hesabının açılması ilə bağlı danışıqları davam etdirir. Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin məlumatına görə, bu məsələ ilə bağlı danışıqlar yekun mərhələdədir”, – deyə bildirilib.