Səudiyyə Ronaldonu buna görə istəyir

Səudiyyə Ronaldonu buna görə istəyir

Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu portuqaliyalı hücumçu Kristiano Ronaldo ilə 2022-ci ilin sonuna qədər müqavilə imzalamağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Marka” nəşru məlumat verib.

Mənbənin qəzetə verdiyi məlumata görə, hazırda Dubayda olan 37 yaşlı futbolçu Səudiyyə Ərəbistanına yollanacaq və hər mövsüm üçün 200 milyon avro dəyərində müqavilə imzalayacaq. Ronaldonun “Əl Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaı bildirilib.

Qeyd olunub ki, Ər-Riyad Ronaldonun ölkə futbolunun nüfuzunu yüksəldəcəyinə və Səudiyyə Ərəbistanının 2030-cu ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmasına kömək edəcəyini hesab edir.

Qeyd edək ki, Ronaldo bir müddət öncə Səudiyyə klubuna keçidi ilə bağlı xəbərləri təkzib etmişdi.

Teqlər: