Səudiyyə Ərəbistanı analitikləri Qəzza zolağında döyüşləri dayandırmaqla bağlı sülh planı hazırlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Monde” qəzeti məlumat dərc edib.
Sülh planı Fransa Xarici İşlər Nazirliyinə təqdim olunub.
Plana görə, HƏMAS qruplaşmasının hərbi rəhbərliyinin Əlcəzairə evakuasiya edilməsi, HƏMAS, İslami Cihad və Fəth-i birləşdirən keçid şurasının yaradılması, onun prezident və parlament seçkilərinin təşkili məqsədi ilə 4 il müddətinə regionun idarə olunmasına məsul təyin olunması təklif olunur.