Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud rutin müayinə üçün xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə Kral Ofisinin məlumatında bildirilib.
Məlumata görə, 88 yaşlı monarx Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən Kral Faysal İxtisaslaşdırılmış Klinikasında bir neçə saat tibbi müayinədən keçəcək.