ABŞ İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq üçün danışıqlara fasilə verməyib, lakin Qəzzada münaqişənin kəskinləşməsi ilə bu məsələ prioritet olmaqdan çıxdı.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Rəsmi fasilə yoxdur, biz fasilə düyməsini basmadıq. ABŞ-ın diplomatik səylərinin əsas istiqaməti ani anda baş verən vəziyyətə yönəldi (İsrail-HƏMAS müharibəsi – red.). Eyni zamanda, regionun sülh şəraitində yaşaması və İsrail münasibətlərinin normallaşması kimi uzunmüddətli məqsəd də böyük ölçüdə diqqətimizi cəlb edir”, – o bildirib.