Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əs-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri Naif əs-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib – Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi”, – bəyanatda qeyd edilib.
Bununla Sudeyri Fələstində Səudiyyə Ərəbistanının maraqlarını təmsil edən ilk diplomat olub. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında reallaşıb.