Səudiyyə Ərəbistanının Azərbaycandakı törəmə müəssisəsi ləğv olunub

Xəbər - Fidan Babayeva – Trend:

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti Azərbaycandakı törəmə müəssisəsi “Aramco Overseas Company Azerbaijan” MMC şirkətinin ləğv olunduğunu bildirib.

Trend bu barədə Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, ləğvolunma ilə bağlı kreditorlar öz tələblərini iki ay müddətində irəli sürə bilər.


Xatırladaq ki, Aramco Overseas Company Azerbaijan” MMC 2018-ci ildə 10 min avro nizamnamə kapitalı ilə təsis olunmuşdu.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: