Səudiyyə hökuməti ikitərəfli münasibətlərin normallaşdırılmasına dair İsraillə danışıqlar prosesini dayandırmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Qeyd olunub ki, Ər-Riyad qərarını ABŞ administrasiyasına çatdırıb.
Medianın məlumatına görə, Səudiyyə tərəfi İsrailin baş naziri Benyamin Netanyahu ilə güzəştə getmək üçün heç bir fürsət görmür.
Xatırladaq ki, 2020-ci ildə BƏƏ və İsrail ABŞ vasitəçiliyi ilə münasibətləri normallaşdırıb. BƏƏ-dən başqa, Bəhreyn və Mərakeş də İsraillə diplomatik əlaqələr qurub.