Səudiyyə Ərəbistanında neft emalı zavoduna dronlarla hücum olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Saudi Aramco” şirkətinin neft emalı zavodu dronlar tərəfindən hücuma məruz qalıb.

AzerTimes-ın məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti faktı təsdiq edib.

Qeyd olunur ki, hadisə nəticəsində ölən və ya yaralanan olub. Zərbələrdən sonra zavodda yanğın başlayıb.


Hücumun neft məhsullarının tədarükünə ziyan vurmayacağı bildirilib.