Səudiyyə Ərəbistanında tətbiqinə başlanılmış “günah vergisi” adlı yığım siqaretə, eləcə də tərkibində alkoqol olmayan energetik və qazlı içkilərə aid ediləcək.
Siqaret üçün tətbiq olunan verginin dərəcəsi 100 faiz, energetik və alkoqolsuz qazlı içkilər üçün tətbiq edilən verginin dərəcəsi isə 50 faiz təşkil edəcək. Beləliklə, Səudiyyə Ərəbistanı İran Körfəzi regionunda faktiki olaraq, aksiz vergisi tətbiq edən ilk ölkə olacaq.
Ekspertlərin proqnozlarına əsasən, bu ilin sonuna qədər “günah vergisi”ndən dövlətin büdcəsinə 1,87 milyard dollar əlavə vəsait daxil olacaq.
Xatırladaq ki, bu ilin əvvəlindən ölkə tarixində ilk dəfə əlavə dəyər vergisinin, indi isə “günah vergisi”nin tətbiqi neftin qiymətinin ucuzlaşması ilə bağlı ortaya çıxan iqtisadi problemlərin aradan qaldırılmasına yönəldilmiş tədbirlərdir.