Səudiyyə Ərəbistanında 81 nəfər edam edilib

Səudiyyə Ərəbistanı rəsmiləri qətl, zorlama və terror
fəaliyyətləri də daxil olmaqla ağır cinayətlərdə ittiham olunan 81
nəfərə qarşı ölüm hökmünu icra edib.

Trend xəbər verir ki, bu barədə Səudiyyə mətbuat agentliyi
ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məhkum edilmiş 81 nəfərin hər biri müxtəlif ağır cinayətlərdə, o
cümlədən günahsız kişilərin, qadınların və uşaqların öldürülməsi,
işgəncə, zorlama, silah qaçaqmalçılığı, xarici terror
təşkilatlarına sədaqət andı içməkdə ittiham olunub.

Qeyd olunur ki, istintaq mərhələsində və məhkəmədə cinayət
törətməkdə şübhəli bilinən şəxslərin hər biri vəkillə təmin edilib
və Səudiyyə Ərəbistanı qanunlarına uyğun olaraq bütün hüquqlarının
qorunmasl təmin edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2021-ci ildə 67 nəfər,
2020-ci ildə 27, 2019-cu ildə 185 nəfər edam edilib.