Səudiyyə Ərəbistanı Yəməndəki münaqişəni həll etmək üçün yeni sülh təşəbbüslərini təklif edib.
Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Əl Arabiya telekanalı məlumat yayıb.
Yeni təşəbbüs BMT-nin himayəsi altında atəşkəs rejiminin tətbiq edilməsini nəzərdə tutur.
Səudiyyə Xarici İşlər Nazirliyinin başçısı deyib: “Təşəbbüsün həyata keçirilməsini təmin etmək üçün beynəlxalq cəmiyyətlə, ortaqlarımızla, Yəmən hökuməti ilə birgə iş aparırıq. Husilərin atəşkəsi qəbul etmələri, danışıqlar masasına oturmaları və silahları yerə qoymaları üçün əlimizdən gələni edəcəyik. Siyasi həllin irəliləmək üçün yeganə yol olduğuna inanırıq”.
Qeyd edilir ki, atəşkəs baş tutarsa Sana aeroportu və Hodeydə limanı yanacaq və ərzaq tədarüklərini həyata keçirmək üçün yenidən fəaliyyətlərinə başlaya bilərlər.