Səudiyyə Ərəbistanı XİN Blinkenin ölkəyə mümkün səfəri ilə bağlı xəbərləri təkzib edib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi
Entoni Blinkenin krallığa gözlənilən səfəri ilə bağlı məlumatları
təkzib edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Səudiyyə Mətbuat Agentliyi xəbər
verib.

“Xarici İşlər Nazirliyi kütləvi informasiya vasitələrində
yayılan və ABŞ dövlət katibinin yaxın vaxtlarda Səudiyyə
Ərəbistanına səfəri ilə bağlı nazirlikdəki rəsmi mənbəyə aid edilən
xəbərləri təkzib edib. Nazirlik məsələ ilə bağlı heç bir açıqlama
vermədiyini bildirib”, – deyə qeyd olunub.