Səudiyyə Ərəbistanı Rusiyanı “OPEC+” ilə yeni sazişə daxil etmək niyyətindədir

Səudiyyə Ərəbistanı “OPEC+” ilə Rusiyanın da daxil olacağı saziş
hazırlamaq istəyir.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Financial Times” nəşrinə müsahibəsində
ölkənin Energetika Nazirliyinin rəhbəri Əbdüləziz bin Salman
deyib.

O qeyd edib ki, bazardakı qeyri-müəyyənlik fonunda yeni
razılaşmanın təfərrüatları barədə danışmaq hələ tezdir, lakin OPEC+
“tələbat olarsa” hasilatı artıracaq.

Nazir, həmçinin qeyd edib ki, neft emalı zavodlarının gücü
bazarda müəyyənedici amildir:

“Hər halda, son üç il ərzində bütün dünya təxminən 4 milyon
barel neft emalı qabiliyyət gücünü itirib, onlardan 2,7 milyonu
təkcə koronavirus pandemiyasının başlanğıcından olan müddətə
aiddir”.

Teqlər: