Səudiyyə Ərəbistanı hakimiyyəti vətəndaşlarının və sakinlərinin BƏƏ, Vyetnam, Efiopiya və Əfqanıstana səyahətlərini məhdudlaşdırmağa və bu ölkələrdən krallığa girişin müvəqqəti qadağan edilməsinə qərar verib.
AzerTimes-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin müvafiq sərəncamı Səudiyyə Mətbuat Agentliyi tərəfindən yayımlanıb.
Məlumata əsasən, bu istiqamətlərə səyahət qadağanı 4 iyul tarixindən etibarən qüvvəyə minir.
Sərəncama əsasən, bu dörd ölkədən qayıdan bütün vətəndaşlar və bazar günü saat 23:00-a qədər sərhədi keçə bilməyən sakinlər karantinadan keçməlidirlər.