Səudiyyə Ərəbistanı rəhbərliyi hərbi məqsədlər üçün özünün
pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamağı
planlaşdırır.
Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Hərbi Sənaye
Şirkətinin (SAMI) baş icraçı direktoru Vəlid Əbu Xalid bazar günü
Ər-Riyadda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində
deyib.
“Pilotsuz uçuş aparatı 100% yerli istehsal olacaq və Silahlı
Qüvvələrimizin silahlanmasına daxil olacaq. Biz PUA istehsal edən
və öz cihazlarımızı inkişaf etdirməyə kömək edən müxtəlif xarici
şirkətlərlə əməkdaşlıq edirik”, – o bildirib.
Bununla belə, şirkət direktoru dünyanın ən böyük sursat
zavodlarından birinin yaradılması üzərində iş getdiyini
söyləyib.