Səudiyyə Ərəbistanı ölkəsinə girişi bağladı

Səudiyyə Ərəbistanı ölkəsinə girişi bağladı

Səudiyyə Ərəbistanı bir neçə ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün yayılması səbəbilə beynəlxalq uçuşları dayandırıb.

Ölkənin SPA xəbər agentliyi bu barədə məlumat yayıb. Qeyd olunub ki, sözügedən mutasiyanın sürətlə yayılması ilə bağlı hökumət yeni qərarlar alıb.

“Ölkəyə əvvəllər daxil olmuş əcnəbi təyyarələrin geri qayıtmasına icazə veriləcək. Bunun xaricində bütün beynəlxalq uçuşlar müvəqqəti olaraq bir həftə dayandırılıb. Bu müddət bir həftə uzadıla bilər”,- deyə açıqlamada qeyd olunub.

Quru və dəniz limanlarından ölkəyə girişlər də bir həftə müddətinə qadağan edilib.