Səudiyyə Ərəbistanı neftinin qiymətini qaldıracaq

Səudiyyə Ərəbistanı aprel ayından etibarən bütün regionlardan
olan alıcılar üçün bütün markalı neftin qiymətini qaldıracaq.

Trend xəbər verir ki, bu barədə Saudi Aramco dövlət şirkəti
məlumat yayıb.

Asiyaya tədarük edilən əsas marka olan “Arab Light”- ın qiyməti
bir barel üçün 2,15 dollar artacaq. Nəticədə, Səudiyyə
Ərəbistanının təklif etdiyi neftin qiyməti Oman və BƏƏ neftindən
bir barel üçün 4,95 dollar baha olacaq.

Bundan əlavə, ABŞ-a tədarük edilən neftin bütün markalarının
qiyməti aprel ayından bir barel üçün 1 dollar, Şimal-Qərbi Avropa
üçün 1,2-2,1 dollar, Aralıq dənizi ölkələri üçün 1,7-2 dollar
artacaq.

Teqlər: