Səudiyyə Ərəbistanı neftin qiymətini rekord həddə çatdırıb

Səudiyyə Ərəbistanı bütün bölgələrdəki müştəriləri üçün neftin
qiymətini qaldırıb.

Trend “Bloomberg”
agentliyinə istinadən xəbər verir ki, dövlət istehsalçısı olan “Saudi Aramco” şirkəti gələn ay Asiyaya tədarükü üçün nəzərdə
tutulan “Arab Light” markalı xam neftin qiymətini istifadə etdiyi
göstəricidən bir barel üçün 9,35 dollar yüksəldib.

Bu, aprel üçün müəyyən olunmuş qiymətdən 4,40 dollar çoxdur.

Səudiyyə Ərəbistanının neft daşımalarının 60%-dən çoxu Asiyaya
gedir, Çin, Yaponiya, Cənubi Koreya və Hindistan ən böyük
alıcılardır.

Teqlər: