Səudiyyə Ərəbistanı öz səfirini məsləhətləşmələr üçün Livandan geri çağırıb.
Trend xəbər verir ki, eyni zamanda Səudiyyə Ərəbistanı Livan səfirinə krallığı tərk etməsi üçün 48 saat vaxt verib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı hakimiyyəti Livandan bütün malların idxalına qadağa qoyub.
Bildirilir ki, Səudiyyə Ərəbistanının bu qərarı Livanın informasiya naziri Corc Kordahinin sosial şəbəkələrdə yayılan bəyanatından sonra verib.