Səudiyyə Ərəbistanı martın 5-dən etibarən ölkədəki koronavirusla
bağlı məhdudiyyətlərin böyük əksəriyyətini, o cümlədən evdən kənar
maskalar və sosial məsafəni ləğv edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Saudi Gazette” qəzeti xəbər verib.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, açıq
və qapalı ictimai tədbirlərdə iştirak edərkən məcburi maska
taxmaq artıq tələb olunmur. Bununla belə, məscidlərdə, o cümlədən
Məkkə və Mədinədə İslam müqəddəs yerlərində maska rejiminə riayət
etmək hələ də lazımdır.
Krallığa daxil olan zaman “PCR” testinin nəticələrini təqdim
etmək və məcburi karantinə riayət etmək lazım deyil.