Xəbər - Orxan Nəbiyev – Trend:
Səudiyyə Ərəbistanı idmançıları tarixdə ilk dəfə Qış Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Trend-in məlumatına görə, bu barədə ölkə Milli Olimpiya Komitəsinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, dağ xizəkçiləri Salman əl-Hüvayş və Faik Abedi Pekin Olimpiadasında iştirak hüququ qazanıblar.
Reqlamentə əsasən, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsi ölkəni təmsil etmək üçün bir idmançını seçməlidir.
Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.