Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı
Krallığının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi arasında
əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq
edilməsi haqqında Fərman imzalayıb.
AzerTimes xəbər verir ki, Fərmana
əsasən, 2021-ci il iyulun 13-də Bakı və Ər-Riyad şəhərlərində
imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnsan
Resursları və Sosial İnkişaf Nazirliyi arasında əmək sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilir.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu
qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini
təmin edəcək.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı
Krallığı Hökumətinə bildiriş göndərəcək.