Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasından Yəmənin “Ənsar
Allah” (Husi) üsyançı hərəkatının krallığa qarşı hücumlarını
pisləmək üçün xüsusi iclas keçirməyi xahiş edib.
Trend xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat
yayıb.
“Biz ərazimizi müdafiə etmək üçün bütün tədbirləri görmək
hüququnu özümüzdə saxlayırıq və Təhlükəsizlik Şurasını üsyançılar
hücumlarını pisləməyə çağırırıq”, müraciətdə deyilir.
Husilər minalanmış pilotsuz uçuş aparatları və ballistik
raketlərdən istifadə edərək Səudiyyə krallığının ərazisini kütləvi
zərbələrə məruz qoyub. Cümə günü ərzində 20-yə yaxın hücum həyata
keçirilib. Xüsusilə, Cizan əyalətində paylayıcı stansiya hücuma
məruz qalıb. Ən çox ziyan “Saudi Aramco” şirkətinin Ciddədəki
obyektlərinə dəyib, burada təxribat nəticəsində bir neçə neft
anbarı yanıb. Səudiyyə tərəfinin məlumatına görə, itki yoxdur,
lakin Ciddədə yanğın hələ də söndürülməyib.