Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançıları tərəfindən
buraxılan minalanmış pilotsuz uçuş aparatlarını məhv edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı
xəbər yayıb.
Məlumata əsasən, üsyançılar dronlardan istifadə edərək krallığın
cənub bölgəsində “Saudi Aramco” neft şirkətinin Cizandakı obyektini
və Hamis-Muşaitdəki yaşayış məntəqəsini vurmağa çalışıblar.