Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələn zəvvarların sayında dəyişiklik edib

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətinə gəlməsi üçün icazə
verilən say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil
olmaqla 1 milyon nəfərə qədər artırıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Saudi Press Agency” agentliyi Həcc və
Ümrə İşləri Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az
olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar gəldikdən
sonra koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli
olacaqlar.