Səudiyyə Ərəbistanı ölkədə təsdiqlənmiş koronavirus vaksininin azı bir dozası ilə peyvənd edilmiş hər kəsin krallığa səfər edə biləcəyini açıqlayıb.
Trend xəbər verir ki, müvafiq qərar dekabrın 4-dən qüvvəyə minir.
Bununla belə, ölkəyə gələnlər üç gün karantində qalmalı və bütün zəruri ehtiyat tədbirlərinə əməl etməlidirlər.
Hazırda ölkədə Pfizer/BioNTech, Moderna/Johnson & Johnson, AstraZeneca, Sinopharm и Sinovac Biotech peyvəndləri təsdiq olunub.