Səudiyyə Ərəbistanı bu gündən 11 ölkədən krallığa koronavirus pandemiyası səbəbilə tətbiq edilən giriş qadağasını ləğv edir.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə krallığın Daxili İşlər Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında deyilir: “Mayın 30-u saat 01:00-dan Böyük Britaniya, Almaniya, İrlandiya, İtaliya, BƏƏ, Portuqaliya, ABŞ, Fransa, İsveç, İsveçrə və Yaponiyadan gələnlər üçün krallığı giriş qadağası ləğv edilir”.