Səudiyyə Ərəbistanının sərhədçiləri krallığın dəniz ərazisinə daxil olan üç İran katerlərinə xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb.
Bu barədə “Al Arabiya” telekanalı Səudiyyə Ərəbistanının sərhəd xidmətinin açıqlamasına istinadən məlumat yayıb.
Açıqlamada bildirilir ki, insident iyunun 25-də baş verib. Belə ki, patrul xidməti İran bayrağı ilə üzən üç katerin krallığın ərazi sularına daxil olduğunu qeydə alıb və onlara dayanmaları ilə bağlı bir neçə dəfə siqnal göndərib. Ancaq katerlər bu siqnallara əhəmiyyət verməyib və yalnız xəbərdarlıq atəşi açıldıqdan sonra Səudiyyə Ərəbistanına məxsus suları tərk ediblər.
Hazırda ölkə başçılarının bəyanatları gözlənilir.