Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Səudiyyə Ərəbistanının səfirliyi Livanın cənubunda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa çağırır, həmçinin orada olan vətəndaşları dərhal Livan ərazisini tərk etməyə çağırır”, – deyə bildirilib.
Qeyd edək ki, iyunda İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırır.